AZ

Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adana və Muğla vilayətlərində meşə yanır.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd olunub ki, Adananın Sarıçam və Muğlanın Seydikemer rayonlarında davam edən yanğınlara havadan və qurudan müdaxilə edilir.

Adanadakı əraziyə iki təyyarə, üç helikopter cəlb olunub.

Muğlada isə yeddi helikopter, altı təyyarə və digər texnikalar yanğının söndürülməsi üçün səfərbər olunub. Həmçinin yüzdən çox heyət ərazidədir.

Məlumata görə, Muğladakı yanğın məhdudlaşdırılıb.

Seçilən
43
7
report.az

8Mənbələr