AZ

6 ayda 164 min reklam icazəsi verilib

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Bu ilin 6 ayı ərzində 164 429 ədəd reklam icazəsi verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, icazələrin 67 759-u Bakı ŞRİ , 96 670-i Regional idarələr üzrə verilib.

“Cari ilin ilk 6 ayı ərzində reklam yayımı dayandırlan (demontaj edilən) daşıyıcı sayı isə 20 862 ədəd olub. Onlardan 12 673-ü Bakı ŞRİ, 8 189-u isə Regional idarələr üzrə olub”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən ilin 1-ci rübündə ADRA-nın ərazi reklam idarələri tərəfindən 67545, ikinci rübündə isə 68442 reklamın yayımına icazə verilib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
145
29
azpost.info

10Mənbələr