AZ

Fələstin hökuməti Qəzzə üçün müvəqqəti idarə komitəsi yaradacaq

Bakı, TurkicWorld

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib.

O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir.

“Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.

Baş nazir, Qəzzənin şimal və cənub hissələrinin birləşdirilməsi məqsədini daşıdıqlarını və bu istiqamətdə çalışdıqlarını bildirib.

Mustafa əlavə edib ki, Qəzzədə müharibənin dayandırılması və yenidənqurma işlərinə başlanması üçün artıq vaxt itirməyə imkan yoxdur. Onun sözlərinə görə, Qəzzədə yeni bir təşkilat yaratmaq əvəzinə, mövcud rəsmi qurumlar yenidən fəallaşdırılacaq.

Bundan əlavə, Baş nazir Mustafa Qəzzənin yenidən qurulması üçün Qahirədə konfrans təşkil etmək məqsədilə Misirlə əməkdaşlığın davam etdiyini də qeyd edib.

Seçilən
33
50
turkic.world

10Mənbələr