Fələstinin baş naziri Məhəmməd Mustafa Qəzzanı idarə etmək üçün müvəqqəti komitənin yaradıldığını açıqlayıb.
Doğru.az xəbər verir ki, Mustafa deyib:
“Qəzzanı idarə etmək üçün müvəqqəti komitənin yaradılmasını tezliklə elan edəcəyik”.
Rəsmi məlumata görə, komitə Fələstin Milli Administrasiyası tərəfindən idarə olunacaq.
Daha əvvəl Axios-un jurnalisti Barak Ravid bildirib ki, İsrailin baş naziri Fələstinin HƏMAS hərəkatı ilə danışıqlarda dalana dirəndiyi bir şəraitdə Qəzza zolağında əməliyyatları genişləndirməyə çalışır.
DOĞRU.AZ