AZ

Misir XİN rəhbəri: Qahirə “Böyük İsrail” ideyasını qəbul etmir

Misirin xarici işlər naziri Bədr Əbdülati bəyan edib ki, Qahirə “Böyük İsrail” adlanan layihə ilə bağlı hər cür çağırışı qətiyyətlə rədd edir.

Editor.az xəbər verir ki, bu barədə o, Fələstin baş naziri Məhəmməd Mustafa ilə birlikdə Misirlə Qəzza arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsində keçirilən birgə mətbuat konfransında bildirib.

Əbdülati qeyd edib ki, fələstin xalqı hazırda blokada, aclıq və humanitar böhranla üzləşir. Onun sözlərinə görə, İsrailin işğal planları və fələstinlilərin zorla köçürülməsi ilə bağlı səslənən təhdidlər ciddi narahatlıq doğurur.

Nazir vurğulayıb ki, Misirin mövqeyi dəyişməz olaraq qalır və ölkə heç bir halda fələstinlilərin məcburi köçürülməsi və ya bölgədə demoqrafik balansın süni şəkildə dəyişdirilməsi cəhdlərini qəbul etmir.

“Fələstin ağır humanitar faciə yaşayır və biz ‘Böyük İsrail’ ideyası ilə bağlı bütün iddiaları rədd edirik. Yardımların Qəzzaya çatdırılmasında yaranan çətinliklərə baxmayaraq, Misir və Qətər atəşkəsə nail olmaq və qan tökülməsini dayandırmaq üçün səylərini davam etdirir”, – deyə Əbdülati əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
14
editor.az

10Mənbələr