AZ

Astarada yeni təmirdən çıxan məktəb bağlanır: Valideynlər çıxılmaz durumda - VİDEOREPORTAJ

  Astara rayonu, Əzərüd kəndində yeni tikilib istifadəyə verilən orta məktəb bağlanır. 
Referans xəbər verir ki, bununla bağlı Sitat.info-ya kənd sakinləri məlumat veriblər.

 
Onlara bildirilib ki, yeni tədris ilində şagirdlər başqa bir kəndin məktəbində təhsil alacaqlar. 

Qeyd edək ki, Əzərüd kənd orta məktəbinin bağlanmasına səbəb şagird sayının az olmasıdır. Ötən il 13 şagirdin təhsil aldığı məktəbdə, bu tədris ilində 17 şagirdin oxuyacağı gözlənilirmiş. 
 
Məlumata görə, məktəbdə direktor və iki müəllim fəaliyyət göstərir, eləcə də bir xadimə çalışır. 
Məktəbin bağlanması bu şəxslərin də işsiz qalmasına gətirib çıxaracaq. Məktəbin pedaqoji heyəti 2016-cı ildə aprel döyüşlərində şəhid olan Pəncəli Teymurovun yaxın qohumlarıdır.  

Valideynlərə bildirilib ki, uşaqlar başqa kəndə məktəbə göndəriləcək. Bunun üçün avtobus ayrılacaq. Valideynlər isə narahatdır. Çünki, qış aylarında yollar təhlükəli olur və hər an bədbəxt hadisə baş verə bilər. 

Qeyd edək ki, məktəb 2014-cü ildə təmir olunub.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin də mövqeyini yayınlamağa hazırıq  

Seçilən
32
11
referans.az

10Mənbələr