AZ

Texasda məktəblər üçün yeni qanunlar qüvvəyə minir

Texas ştatında təhsil sisteminə dair bir sıra mühüm dəyişiklikləri əhatə edən yeni qanun paketi qəbul olunub. Qanuna əsasən, şagirdlərin dərs vaxtı mobil telefonlardan istifadəsi qadağan ediləcək, məktəblərdə “On əmrin” lövhələri asılacaq. Bununla yanaşı, müəllimlərin maaşlarının artırılması təsdiqlənib.

AzEdu.az xarici mənbələrə istinadən xəbər verir ki, yeni qaydalar həmçinin DEI (bərabərlik, inklüzivlik və müxtəliflik təşəbbüsləri) proqramlarının tətbiqinə məhdudiyyətlər qoyur. Məktəblərə isə şagirdlərin intizam məsələlərində daha geniş səlahiyyətlər verilir.

Qanunların yaxın vaxtlarda mərhələli şəkildə icrasına başlanacağı gözlənilir.

Seçilən
1
43
azedu.az

10Mənbələr