"Beşiktaş" 19 yaşlı sağ cinah müdafiəçisi Taylan Bulutla müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Beşiktaş" klubu açıqlama yayıb.
"Klubumuz "Şalke 04"lə son transfer razılaşması əldə olunan peşəkar futbolçu Taylan Bulut ilə 5 illik müqavilə imzalayıb. Bulutu klubumuza ciddi töhfə verəcəyinə inanaraq Beşiktaş ailəsində salamlayır, şanlı formanımızda uğurların davamlı olmasını arzu edirik."
Fərid
MİA.AZ