AZ

Oskar mükafatlı aktrisa 21 illik sevgilərinin sirrini açıqlayıb

Oskar mükafatlı aktrisa Michelle Yeoh, 19 il nişanlı qaldığı Jean Todt ilə 2023-cü ildə evlənib. Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açıqlayıb.

Sherg.az xəbər verir ki, “Her şey her yerde, eynı anda” filmindəki performansına görə Oskar mükafatında “Ən Yaxşı Qadın Aktrisa” seçilən Michelle Yeoh, bu mükafatı qazanan ilk asiyalı qadın aktrisa olub. Elə həmin il Yeoh, 2004-cü ildən bəri birlikdə olduğu nişanlısı Jean Todt ilə nikah masasına oturub.

People jurnalına müsahibə verən məşhur aktrisa münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və eşqlərini hər gün qeyd etdiklərini bildirib. 


Yeoh deyib: “Həyat yoldaşım romantik insandır. Birlikdə olduğumuz günləri tək-tək sayır. Hətta istəsəniz, saatını və dəqiqəsini belə deyə bilər.”

63 yaşlı aktrisa xoşbəxt evliliklərinin sirrini isə belə ifadə edib:

“Sadəcə ildönümlərində və ya ad günlərində deyil, birlikdə keçirilən hər gün qeyd olunmalıdır. Sevgi gündəlik bir səydir.”

Digər tərəfdən, Michelle Yeoh daha əvvəl həyatında yaşadığı ən böyük kədərin övlad sahibi ola bilməməsi olduğunu da açıqlamışdı.
Seçilən
58
50
sherg.az

10Mənbələr