Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist barəsində cinayət işi başlanılıb.
“Cebheinfo.az” Bakupost.az -a istinadən məlumat verir ki, həmin şəxslər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, onlar avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olublar. Lakin çəkdikləri videonu sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hər üç nəfər saxlanılıb və istintaqa cəlb olunub.
“Cebheinfo.az”