AZ

Putinin təyyarəsi nağd pulla yanacaq doldurmalı olub

Oxumeni.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Putinin təyyarəsi nağd pulla yanacaq doldurmalı olub

Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı təyyarəsi sanksiyalara görə nağd şəkildə yanacaq doldurmalı olub. Bunu “NBC” telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın hər gün “çox sərt sanksiyaların” nəticələri ilə üzləşməsinin nümunəsidir.

"Ruslar Alyaskaya enən zaman yanacaq doldurmalı oldular. Onlar bizim bank sistemimizdən istifadə edə bilmədiklərinə görə təyyarələrinin yanacaqla doldurulması üçün nağd pul ödəməyi təklif etməli idilər", - dövlət katibi bildirib.

Almaniyanın “Bild” nəşri öz növbəsində yazır ki, Putinin təyyarəsindən başqa Ankoricdəki ABŞ Hərbi Hava Qüvvələrinin Elmendorf-Rişardson Hərbi Hava Qüvvələri bazasına daha bir neçə təyyarə enib. Onlar Alyaskaya rusiyalı jurnalistləri, həmçinin Putin və onun nümayəndə heyəti üçün maşınlar çatdırıblar.

“Bild”-in hesablamalarına görə, yalnız yanacaq çənlərinin tutumu 152 620 litr olan prezident təyyarəsini tam yanacaqla doldurmaq üçün Rusiya nümayəndə heyəti 85 min ABŞ dolları nağd pul ödəməli idi.

Xatırladaq ki, Putin və Tramp avqustun 15-də Alyaskada danışıqlar aparıblar.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
23
oxumeni.az

10Mənbələr