AZ

Tramp: Ukraynanın NATO-ya daxil olması barədə danışmayacağam - Yenilənib

ABŞ Prezidenti Tramp Ağ Evdə Zelenski ilə görüşdə Ukraynanın NATO-ya daxil olması barədə danışmayacağını bildirib...

Bununla belə, Amerika lideri sülh yolu ilə nizamlanmanın bir hissəsi kimi “çox yaxşı müdafiə” vəd edir. ABŞ Prezidenti həmçinin NATO vasitəsilə Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə meylli deyil.

Onun sözlərinə görə, Vaşinqtonda toplaşan Avropa liderləri bu işdə kömək etmək istəyirlərsə, NATO-nun nə üçün təhlükəsizlik zəmanəti verməli olduğu aydın deyil. Qeyd edək ki, Zelenski ilə görüşdən sonra Tramp Vaşinqtonda olan bir sıra Aİ ölkələrinin və Böyük Britaniyanın liderlərini qəbul etmək niyyətindədir.

***

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

Tramp Avropa ölkələrinin də zəmanət məsələsində iştirak edəcəyini vurğulayıb.

"Təhlükəsizlik məsələlərində çoxlu kömək olacaq. Bu, yaxşı haldır. Onlar (Avropa-red.) birinci müdafiə xəttidir, çünki onlar oradadırlar, lakin biz də onlara kömək edəcəyik", - ABŞ Prezidenti bildirib.

Poliqon.info

Seçilən
43
50
poliqon.info

10Mənbələr