AZ

Danışıqların səsi: Bombalar susdu, liderlər danışdı

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada baş tutan görüşü dünya siyasətində ciddi maraq doğurub.

Görüş yalnız iki güc mərkəzinin protokollu dialoqu deyil, həm də liderlərin şəxsi münasibətləri, strateji mesajları və diplomatik incəlikləri açıq nümayiş etdirməsi kimi qiymətləndirilir.Bu görüşdə həm simvolik hərbi gərginlik, həm də şəxsi diplomatiyanın incə nüansları özünü göstərib. Alyaskada baş tutan bu tarixi görüş, beynəlxalq siyasətdə balans dəyişikliklərini, güc nümayişini və liderlərarası münasibətlərin vacibliyini bir daha ortaya qoyub. Görüşün hər detalı gələcəkdə geosiyasi proseslərə təsir göstərəcək strateji mesajlar daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, görüş öncəsi Tramp B-52 ağır bombardman təyyarələrini səma yüksəltməklə simvolik hərbi mesaj verdi. Əlibəyli vurğulayıb:

“Putin səhnədə sakit və qəti mövqeyi ilə bu təzyiqi diplomatik oyuna çevirdi. Salamlama mərasimində Putinin gülərüz və qəti mövqeyi Trampı emosional reaksiya verməkdən çəkindirdi".

Əlibəylinin sözlərinə görə, görüş zamanı açıq görünürdü ki, Tramp Putini Zelenskidən daha çox ehtiramla qarşılayır. Bu münasibət yalnız protokol məsələsi deyil, liderlərin şəxsi qarşılıqlı münasibətinin göstəricisidir. Belə münasibət Ukrayna məsələsində güc balansını dəyişə bilər. Salamlama mərasimində Trampın ingiliscə tərcüməçisini soruşması və Putinin “Mən yalnız sevmədiyim insanlarla danışa bilmirəm” cavabı isə şəxsi diplomatiyanın nə qədər önəmli olduğunu göstərir.

Əziz Əlibəyli: Hər iki lider artıq sağ radikal qanadın simvolik və praktik təmsilçiləri kimi xarakterizə edilə bilər

Həmçinin, həmsöhbətimiz əlavə edib:

“Hər iki lider artıq sağ radikal qanadın simvolik və praktik təmsilçiləri kimi xarakterizə edilə bilər. Bu, beynəlxalq siyasətdə gərginlik və strateji dəyişikliklərin göstəricisidir. Görüşdə liderlərin ABŞ-nin prezident avtomobili “La Bestia”də üzbəüz söhbət etməsi real diplomatik müzakirələrin protokoldan kənar həyata keçirildiyini göstərdi.

“Bu dialoq liderlərə birbaşa mövqelərini ortaya qoymaq və qarşılıqlı anlaşma üçün imkan yaratdı", - Əziz Əlibəyli bildirib:.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
33
bakivaxti.az

10Mənbələr