AZ

Tanınmış məşqçi “Qarabağ” haqda sualı nə cavab verdi?

Sportinfo.az xəbər verir ki,Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş”un (Macarıstan) baş məşqçisi Robbi Kin (Robbie Keane) hələlik yarışın Liqa mərhələsi (qrup mərhələsi) barədə düşünmür.

45 yaşlı irlandiyalı mütəxəssis qrup mərhələsi və “Qarabağ”la qarşıdakı oyunla bağlı suala cavabda deyib ki, o, indi Macarıstan liqasında bu həftə “Akademiya Puşkas”la görüş haqda düşünür:

“Mən yalnız növbəti oyuna fokuslanıram. Amma uşaqlara dedim ki, əgər bu himni (Çempionlar Liqasının - red.) eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər.

Hər kəs yaxşı bilir ki, bu səviyyədə hansı uğur üçün mübarizə aparılır. Mən artıq orada oynamışam, necə bir hiss olduğunu bilirəm və istəyirəm ki, onlar da bunu yaşasınlar”.

"Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Seçilən
57
50
sportinfo.az

10Mənbələr