ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımı qaytarmaqdan və NATO-ya üzv olmaqdan imtina edərsə, münaqişə çox tez bitə bilər.
"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər və ya mübarizəni davam etdirə bilər", - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O, əlavə edib: “Obamanın verdiyi Krımın (12 il əvvəl, bir güllə belə atılmadan!) qaytarılması olmayacaq və Ukrayna NATO-ya qoşulmayacaq”.
"Bəzi şeylər heç vaxt dəyişmir!!!" - ABŞ prezidenti Zelenski ilə bu gün Vaşinqtonda planlaşdırılan görüşdən əvvəl vurğulayıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”