AZ

75 yaşlı qadını maşın vurub öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1950-ci il təvəllüdlü S.Mejdinovanı vurub. Piyada hadisə yerinə ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
50
modern.az

10Mənbələr