Tovuz, 18 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1950-ci il təvəllüdlü S.Mejdinovanı vurub. Piyada hadisə yerinə ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.