AZ

Mövsümün ilk böyükhesablı qələbəsi

Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt” “Kəpəz”lə üz-üzə gəlib.

Msport.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi bitib.

“Gənclik şəhəri” təmsilçisinin heyətində Rüstəm Əhmədzadə (14), Aleksandr Ramalinqom (26) və Aleksa Yankoviç (36) fərqləniblər.

Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. “Karvan-Yevlax” və “Qəbələ” arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib – 1:1. Eyni hesab “Neftçi” – “Şamaxı” qarşılaşmasında da qeydə alınıb.

Seçilən
16
49
msport.az

10Mənbələr