AZ

Misli Premyer Liqasının yeni mövsümü start götürdü

Dünən Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.  

Çempionatın açılış matçında bu il elitaya yüksələn  komandalar üz-üzə gəlib:  Yevlaxın "Karvan" klubu  Şamaxıda "Qəbələ" ilə  qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün baş hakimi Əliyar Ağayev olub.

Qarşılaşmada qolları Domi Massumo və Murad Musayev (avtoqol) vurublar.

Xatırladaq ki, 12 komandanın iştirak edəcəyi  çempionat 3 dövrədən və 33 turdan ibarət olacaq. Turun növbəti oyunlarının təqvimini təqdim edirik:

16 avqust (şənbə)

17:00. "İmişli" - "Turan Tovuz"

Şamaxı şəhər stadionu

20:00. "Neftçi" - "Şamaxı"

"Neftçi Arena"

17 avqust (bazar)

20:30. "Sumqayıt" - "Kəpəz"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. "Zirə" - "Araz-Naxçıvan"

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

"Azərbaycan"

Seçilən
52
50
azerbaijan-news.az

10Mənbələr