AZ

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 15 % ə yaxın azalıb

ain.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Missiya.Az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 26 hərrac (1 il əvvələ nisbətən 25,7 % az) keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin (20 % az) səhm paketi, 1 kiçik dövlət müəssisəsi (6 dəfə az), 500 nəqliyyat vasitəsi (7,5 % çox) satılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
17
missiya.az

10Mənbələr