AZ

Azərbaycanda maliyyəçilər və sığortaçıların orta aylıq maaşı 3 min manatdan çoxdur

Bu ilin yanvar-iyun ayları ərzində maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 3 052,6 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə ümumi əməkhaqqı 174,3 manat və ya 6,1% artıb.

Sektorlar üzrə müqayisədə, dövlət sektorunda maaşlar 593,2 manat (17,8%) artaraq 3 925,4 manata, qeyri-dövlət (özəl) sektorda isə 92,5 manat (3,3%) artaraq 2 861,0 manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində bu sahədə orta aylıq əməkhaqqı 2 878,3 manat təşkil edib.

Seçilən
37
17
fed.az

10Mənbələr