AZ

Azərbaycanda 7 ayda içki və tütün məhsullarına 1.5 mlrd. manat vəsait xərclənib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 520.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.6% çoxdur.

Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224.5 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
17
apa.az

10Mənbələr