AZ

Naxçıvanda ağır yol qəzası - ölənlər var

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hakimiyyet.az “Report”a istinadla xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini, Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Zamanov Mənsur Mərdan oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobilin digər sərnişini Naxışnərgiz kənd sakini, 30 yaşlı Zamanov Şöhrət Aydın isə ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və FHN-nin Xüsusi xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
13
hakimiyyet.az

10Mənbələr