AZ

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub


Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qahab kənd sakini, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes-Benz” “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü və 27 yaşlı Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın oğlu ağır bədən xəsarətləri alaraq, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
20
13
baki-xeber.com

10Mənbələr