AZ

Həkim olmaq istəyənlərin nəzərinə - Təhsil haqqı iki min manat artırıldı

BAKI, 14 avqust. TELEQRAF

2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.

Teleqraf xəbər verir ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Seçilən
26
3
teleqraf.com

10Mənbələr