Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 4” jurnalında məlumat verilib.
Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.
Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.
Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.
MənbəQafqazinfo