Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 4” jurnalında məlumat verilib.
Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.
Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.
Həmçinin “Stomatologiya” ixtisasının da təhsilhaqqı məbləği 2 min manat artırılaraq 6 min manata çatdırılıb.
***
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova saytımıza açıqlamasında universitetdə təhsilhaqqının artırılması məsələsinə aydınlıq gətirib:
“Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi, ATU-da da təhsilhaqqı ixtisaslara müvafiq olaraq artıb.
“Tibb” ixtisası üçün 6500 manat, “Stomatologiya” ixtisası üçün 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5000 manat olaraq dəyişdirilib”.

10Mənbələr
-
news24.azHəkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb - 6500 manat... ( 20344350)
-
fed.azHəkim olmaq istəyənlər üçün təhsil haqqı 6500 manata qaldırıldı ( 20352573)
-
news365.azHəkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb - 6500 manat + YENİLƏNİB ( 20348079)
-
hit.azBu universitetdə təhsil haqqı 2 min manat artırıldı ( 20347515)
-
mia.azTibb Universitetində təhsilhaqqı artırıldı Əli Əsədov qərar verib + CƏDVƏL ( 20346669)
-
sitat.infoBu universitetdə təhsil haqqı 2 min manat artırıldı - Rəsmi ( 20346459)
-
hurriyyet.azBu universitetdə təhsil haqqı 2 min manat artırıldı - Rəsmi ( 20346039)
-
demokrat.azHəkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb — 6500 manat (YENİLƏNİB) ( 20345973)
-
reyting.azTibb Universitetində təhsilhaqqı artırılıb - Məbləğlər ( 20345706)
-
modern.azBu universitetdə təhsil haqqı iki min manat artırılıb - Rəsmi AÇIQLAMA ( 20345355)