AZ

Ölkədə həkim olmaq istəyənlərin sayı azalır

Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır.

E-saglam.az xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata  görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.

2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub. 

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin  sayı 1 013-dən 961-ə düşüb.

Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib. 

E-saglam.az

Seçilən
47
14
e-saglam.az

10Mənbələr