AZ

Azərbaycanda həkim olmaq istəyənlərin sayı azalır - SƏBƏB?


Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır. Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub. Məlumatagörə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.

2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub.

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərinsayı 1 013-dən 961-ə düşüb. Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib.

Mətləb

Seçilən
20
14
baki-xeber.com

10Mənbələr