Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır.
Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.
2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub.
2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 1 013-dən 961-ə düşüb.
Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib.