AZ

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Avqustun 13-də Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırmalarla yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Z.Məmmədov məsuliyyətə cəlb olunub.

Seçilən
103
18
avtosfer.az

10Mənbələr