AZ

Rusiyada benzinin qiymət artımı inflyasiyanı üstələyib

BAKI, 13 avqust. TELEQRAF

2025-ci ilin əvvəlindən avqustun 11-dək Rusiyada yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım 5,3% təşkil edib ki, bu da eyni dövr üçün inflyasiya səviyyəsindən (4,2%) yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında qeyd edilib.

Pərakəndə satışda benzinin qiymətinin artımı ardıcıl üçüncü həftədir (iyulun 22-dən) inflyasiyanı üstələyir. Bundan əvvəl yanacağın qiyməti ölkədəki orta qiymət artımından aşağı idi.

Yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətləri inflyasiya səviyyəsindən xeyli aşağıdır (1,92%-ə qarşı 4,2%).

Bildirilir ki, avqustun 5-dən 11-dək olan həftə ərzində benzinin qiyməti 0,41%, dizelin qiyməti 0,01% artıb, deflyasiya isə 0,08% təşkil edib.

Qeyd edək ki, bir qədər Rusiyanın Energetika Nazirliyindən bildirilmişdi ki, yanacağın qiymətinin əsassız artması riskləri minimaldır. Neft məhsulları bazarı iqtisadiyyatın tələbatını tam ödəməklə profisit balansını saxlayır.

Seçilən
13
4
teleqraf.com

5Mənbələr