Ajans.az xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında qeyd edilib. Məlumata görə, pərakəndə satışda benzinin qiymətinin artımı ardıcıl üçüncü həftədir (iyulun 22-dən) inflyasiyanı üstələyir. Bundan əvvəl yanacağın qiyməti ölkədəki orta qiymət artımından aşağı idi. Yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətləri inflyasiya səviyyəsindən xeyli aşağıdır (1,92%-ə qarşı 4,2%). Bildirilir ki, avqustun 5-dən 11-dək olan həftə ərzində benzinin qiyməti 0,41%, dizelin qiyməti 0,01% artıb, deflyasiya isə 0,08% təşkil edib. Qeyd edək ki, bir qədər Rusiyanın Energetika Nazirliyindən bildirilmişdi ki, yanacağın qiymətinin əsassız artması riskləri minimaldır. Neft məhsulları bazarı iqtisadiyyatın tələbatını tam ödəməklə profisit balansını saxlayır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta