AZ

Rusiyada benzinin qiymət artımı inflyasiyanı üstələdi

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin əvvəlindən avqustun 11-dək Rusiyada yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım 5,3% təşkil edib ki, bu da eyni dövr üçün inflyasiya səviyyəsindən (4,2%) yüksəkdir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında qeyd edilib.

Pərakəndə satışda benzinin qiymətinin artımı ardıcıl üçüncü həftədir (iyulun 22-dən) inflyasiyanı üstələyir. Bundan əvvəl yanacağın qiyməti ölkədəki orta qiymət artımından aşağı idi.

Yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətləri inflyasiya səviyyəsindən xeyli aşağıdır (1,92%-ə qarşı 4,2%).

Bildirilir ki, avqustun 5-dən 11-dək olan həftə ərzində benzinin qiyməti 0,41%, dizelin qiyməti 0,01% artıb, deflyasiya isə 0,08% təşkil edib.

Qeyd edək ki, bir qədər Rusiyanın Energetika Nazirliyindən bildirilmişdi ki, yanacağın qiymətinin əsassız artması riskləri minimaldır. Neft məhsulları bazarı iqtisadiyyatın tələbatını tam ödəməklə profisit balansını saxlayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
4
news24.az

5Mənbələr