AZ

Moskvanı da alsam, media deyəcək ki... - Tramp

Media mənim Putinlə görüşümü çox ədalətsiz şəkildə işıqlandırır.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində yazıb.

“Onlar daim işdən qovulmuş uğursuzlar və “görüşün Amerika torpağında keçirilməsinə baxmayaraq, Putin artıq qalib gəlib” deyən Con Bolton kimi həqiqətən də axmaq adamlardan sitat gətirirlər. Bu nə deməkdir? Biz hər şeydə qalib gəlirik. Əgər mən Moskva və Leninqradı Rusiya ilə sövdələşmənin bir hissəsi kimi alsaydım, saxta media yenə də pis sövdələşmə etdiyimi deyəcək”, - Tramp bildirib.

Seçilən
22
4
sitat.info

6Mənbələr