"Media mənim Putinlə görüşümü çox ədalətsiz şəkildə işıqlandırır".
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Onlar daim işdən qovulmuş uğursuzlar və “görüşün Amerika torpağında keçirilməsinə baxmayaraq, Putin artıq qalib gəlib” deyən Con Bolton kimi həqiqətən də axmaq adamlardan sitat gətirirlər.
Bu nə deməkdir? Əgər mən Moskva və Leninqradı Rusiya ilə sövdələşmənin bir hissəsi kimi alsam belə, saxta xəbərlər yenə də pis bir razılaşma əldə etdiyimi söyləyəcək. Bunlar, yəqin ki, ölkəmizə nifrət edən xəstə və yalançı insanlardır, amma bunun heç bir əhəmiyyəti yoxdur. Biz hər şeydə qalib gəlirik" - Tramp bildirib.
Bizim.Media