Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Media mənim Putinlə görüşümü çox ədalətsiz şəkildə işıqlandırır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində yazıb.
“Onlar daim işdən qovulmuş uğursuzlar və “görüşün Amerika torpağında keçirilməsinə baxmayaraq, Putin artıq qalib gəlib” deyən Con Bolton kimi həqiqətən də axmaq adamlardan sitat gətirirlər. Bu nə deməkdir? Biz hər şeydə qalib gəlirik. Əgər mən Moskva və Leninqradı Rusiya ilə sövdələşmənin bir hissəsi kimi alsaydım, saxta media yenə də pis sövdələşmə etdiyimi deyəcək”, - Tramp bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.