AZ

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

Şabran rayonunda çətənə kolu yetişdirən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd edilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı  Yaşar Hüseynov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
19
14
far.az

10Mənbələr