Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Son Yazılar:
- Şabranda həyətində narkotik bitki yetişdirən şəxs tutuldu
- Qəzzada qida çatışmazlığından ölənlərin sayı 227-yə çatıb
- Gənc bloqer vəfat etdi
Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.