AZ

"Qarabağ" - "Ferentsvaroş" matçı fərqli saatda başlayacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off matçlarının başlama saatları açıqlanıb.
 
Moderator.az Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da təşkil olunacaq ilk oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 
Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşma saat 20:45-də başlanacaq.
 
Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsinədək ev oyunlarının start fiti saat 20:00-da çalınıb.
Seçilən
73
50
moderator.az

10Mənbələr