"Ferentsvaroş" - "Qarabağ" matçının hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanı portuqaliyalı Joau Pinheyro idarə edəcək. Ona həmyerliləri Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" görüşü avqustun 19-da oynanılacaq.