AZ

Ölkədə dövlət işçilərinin sayı azalıb

2025-ci il iyulun 1-i  ölkədə muzdla çalışan işçilərin sayı 1770,8 min nəfər olub, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Bu barədə Dövlət Statistika Komitəsi  məlumat yayıb.

Ötən ilin  iyulun 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.

2025-ci ilin birinci yarısında Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 097 manat təşkil edib. 

Aytac

Seçilən
1
19
anews.az

10Mənbələr