AZ

Azərbaycanda dövlət işçilərinin sayı 23 min nəfərdən çox azalıb

2025-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1770,8 min nəfər olmuş, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1769,2 min nəfər olmuş, onlardan 873,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2024-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1760,8 min nəfər olmuş, onlardan 887,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Belə ki, illik müqayisədə dövlət sektorunda işçilərin sayı 23.3 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə işçilərin sayı 33.3 min nəfər artıb.

Seçilən
40
1
banker.az

10Mənbələr