AZ

Ölkədə dövlət işçilərinin sayı azalıb - Rəsmi

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən şəxslərin sayı 906,6 min nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı 1770,8 min nəfər təşkil edir.

Onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır. pizza mizza

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin iyul ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb.

Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.


Telegram kanalımız
Seçilən
47
19
yenisabah.az

10Mənbələr