AZ

Biləsuvarda baş verən qəzada körpə və atası ölüb, 3 nəfər xəsarət alıb

Biləsuvarda baş verən qəzada körpə və atası ölüb.

TƏBİB-dən verilən məlumata görə 11.08.2025-ci il tarixində saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə yerində ölən ata aidiyyəti üzrə təhvil verilib

Seçilən
134
34
editor.az

10Mənbələr