AZ

Biləsuvardakı ağır qəzada körpə dünyasını dəyişib - TƏFƏRRÜAT

Biləsuvarda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb, 1-i körpə olmaqla, 2 nəfər dünyasını dəyişib.

TƏBİB-dən Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, 11 avqust 2025-ci il saat 19:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 3 nəfər — 2 qadın, 1 kişi — Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
 

1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslərdə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozu qoyulub. 1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.


Orta ağır vəziyyətdə olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Hadisə ilə əlaqədar 2025-ci il təvəllüdlü qadın cinsli körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə anında körpənin atası da aldıgı xəsarətlərdən dünyasını dəyişib.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
104
40
bizim.media

10Mənbələr