AZ

Bu yerlər Qarabağ azarkeşləri üçün satışa çıxarılır

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır.

Klubdan Axar.az-a verilən məlumata görə, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.

Satış sabah saat 12:00-dan start götürəcək.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
50
axar.az

10Mənbələr