BAKI, 11 avqust. TELEQRAF
“Qarabağ” Şimali Makedoniyanın “Şkendiya” klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Məlumata görə, rəqib azarkeşlər üçün satdionun 27 və 28-ci sektorları nəzərdə tutulubmuş. “Şkendiya" azarkeşlərinin oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlər üçün avqustun 12-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" – "Şkendiya"görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Qarabağ" ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.