AZ

Çempionlar Liqas: Şkendiya azarkeşləri üçün ayrılmış yerlər Qarabağ tərəfdarları üçün satışa çıxarılır

ain.az, Fanat saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır.

Fanat.Az xəbər verir ki, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.

Satış sabah saat 12:00-dan start götürəcək.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
50
fanat.az

10Mənbələr