AZ

Pezeşkian: ABŞ Cənubi Qafqazda hegemonluq qurmaq istəyir

“ABŞ-nin Cənubi Qafqazdakı iqtisadi layihələri Amerikanın regionda təsirini gücləndirmək və genişləndirmək məqsədi güdə bilər”.

Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, Vaşinqtonun gələcək addımlarına son dərəcə ehtiyatla baxmaq lazımdır:

“İnvestisiya layihələri və dinc bəyanatlar adı altında Cənubi Qafqazda öz hegemonluğunu bərqərar etmək məqsədini güdə biləcək Amerika tərəfinin gələcək addımlarını xüsusi ehtiyatla izləmək lazımdır. Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvandakı anklavı ilə birləşdirəcək nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində üçüncü ölkələrin silahlı qüvvələrinin iştirakına imkan verməməlidir”.

Asim

Seçilən
83
50
icma.az

10Mənbələr